Fırtına damları uçurub, pəncərələri qırdı – FOTO

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda təsirli olan qısamüddətli fırtına restoranların tentlərini və dam örtüklərini uçurub, pəncərələrini sındırıb. Şüşə qırıntıları və uçan tentlər bir neçə nəfəri yüngül şəkildə yaralayıb.

Hadisə Gümüşlük sahilindəki iaşə obyektləri olan ərazidə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, hava qəfil qaralıb və səma qara buludlara bürünüb. Bu buludlardan 2-3 dəqiqə davam edən leysan yağıb.

Metereoloqların fikrincə, bu leysanları proqnozlaşdırmaq mümkün deyil. Onlar birdən-birə formalaşır.

Related posts

Yaponiyada məşhur Fuji dağını turistlərə göstərməyəcəklər -FOTO

Rumıniyada deputat həmkarının burnunu dişlədi – VİDEO

BMT-nin qərargahında bayraqlar yarıya endirildi – FOTO