Finlandiyalı iş adamına dünyanın ən yüksək yol hərəkəti cəriməsi yazılıb – FOTO

Finlandiyalı iş adamı Anders Viklefə sürət həddini aşdığına görə dünyada ən böyük yol hərəkəti cəriməsi yazılıb – 121 min avro (təxminən 129 min dollar).

“Buna görə çox təəssüflənirəm” – deyə 76 yaşlı finlandiyalı biznesmen bildirib.

Qeyd olunur ki, iş adamı yol hərəkəti nişanın saatda 50 kilometri aşmamaq tələbini pozaraq avtomobilini saatda 80 kilometr sürətlə idarə edib.

Məlumatda həmçinin qeyd olunub ki,  Anders Viklefin sürücülük vəsiqəsi əlindən alınıb və o, 10 gün müddətinə avtomobil idarə edə bilməz.

Əlavə edək ki, Finlandiyada yol hərəkəti qaydalarının pozulmasına görə cəzalar qanun pozuntusunun ağırlığından və cinayətkarın gəlirindən asılıdır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi