Filippində baş verən təbii fəlakətin görüntüləri (Video izlə)

Filippinin şimal ərazilərində tüğyan edən “Doksuri” tropik qasırğası altı nəfərin həyatına son qoyub.

Təbii fəlakət, əsasən, Filippin arxipelaqının ən böyük adası olan Luzona ciddi zərər vurub.

Güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub, onlarla yaşayış evi torpaq altında qalıb.

Hökumət qurumlarının məlumatına görə, 330 minə yaxın insan “Doksuri” qasırğasının fəsadları ilə üzləşib, 27 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO