Fələstinlilərin vətəndə həbsi davam edir!

QafqazTimes.com aa.com.tr-ə istinadən xəbər verir: Sionistlər işğal etdikləri Qərb Sahili ərazisində 14 fələstinlini həbs edib. WAFA  agentliyi xəbər verir ki, fələstinlilər Nablus və Cenin şəhərlərində həbs edilib. Həbs üçün səbəb göstərilmir. İşğalçı İsrail Şərqi Yerusəlim və Qərb Sahilində tez-tez reydlər keçirir və müxtəlif bəhanələrlə fələstinliləri həbs edir. Həbs olunanlar arasında qadınlar və uşaqlar da var. Onlar müvəqqəti saxlama mərkəzlərində günlərlə həbsdə qalır.

İsrail yeganə rejimdir ki, onun insan əleyhinə aşkar cinayətlərinə kimsə etiraz etmir. Böyük dövlətlər və beynəlxlaq təşkilatların bu cinayətləri sükutla qarşılaması dünya ictimaiyyətinə onlara qarşı inamsızlıq yaradır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya