Fələstinli zabit bir qrup sionist əsgəri bazardan qovub + Video

QafqazTimes xəbər verir ki, ibrani mediasının ötən gün (cümə axşamı) verdiyi məlumata görə bir fələstinli zabit təkbaşına bir qrup sionist hərbçini İordan çayının qərb sahilinin Hebron şəhərindəki bazardan çıxarıb.

İsrailin Kanal 14 telekanalı bu barədə yazıb: “Bu yaxınlarda qeyri-adi bir şey baş verib. “Fələstin polis qüvvələrinin bir zabiti fələstinlilərin tələbi ilə bir qrup israilli hərbçini ictimai bazardan qovub.”

Sionist telekanalın məlumatına görə sionist ordusunun sözçüsü deyib: “Bir qrup ordu qüvvələri Hebronun Əl-Suq bölgəsində patrul xidməti göstərərkən Fələstin polisi planlaşdırılmadan meydana çıxdı.”

Təl-Əviv ordusunun sözçüsü əlavə edib: “İsrail qüvvələrinin komandiri ərazini tərk etməyə qərar verməklə səhv edib. Faktla bağlı araşdırmalar aparılır.”

İsrail televiziyasının 14-cü kanalı bu addımı Fələstin polisinin Təl-Əviv milislərinə qarşı “təhqir” adlandırıb və bölgədə kimin söz olması sualını gündəmə gətirib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO