Fələstinli qruplar Qufranın şəhadətini pisləyib

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatı Hebronun şimalındakı Əl-Ərub düşərgəsində sionist qüvvələrin gülləsi ilə şəhid edilmiş 31 yaşlı fələstinli qadın Qufran Harun Vərasenənin terrorunu pisləyib.

Hərəkat bəyanat yayaraq bildirib: “Bu cinayət bir daha sionist rejimin terror və mütəşəkkil cinayətlərini davam etdirdiyini və əllərinin Fələstin xalqının qanına bulaşdığını göstərdi.”

İslami Cihad vurğulayıb ki, bu cinayətlər Fələstin xalqının azadlıq və qayıdış hüquqlarını həyata keçirmək üçün müqavimət hərəkatına inamını artırır.

Fələstinin Xarici İşlər və Mühacirət Nazirliyi isə bu barədə bildirib ki, Şəhid Qufran sionist faşizmi, dünyanın ikili standartlar siyasəti və Beynəlxalq Cinayət Məhkəməsinin sükutunun qurbanıdır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur