Fələstinli əsir Xəlil Əvavədənin fiziki vəziyyəti gərgindir

QafqazTimes xəbər verir ki, Fələstinli Əsirlərin İşi Üzrə Komitə fələstinli məhbus Xəlil Əvavədənin 165-ci gündür aclıq aksiyasına davam etdiyini və fiziki vəziyyətinin çox ağır olduğunu açıqlayıb.

Bu komitə Əhməd Musa və Adil əl-Musa adlı iki fələstinli məhbusun da inzibati həbsə etiraz olaraq aclıq aksiyası keçirdiklərini vurğulayıb.

Sözügedən komitə Xəlil Əvavədənin fiziki vəziyyətinin gündən-günə pisləşdiyini və çəkisinin yarıdan çoxunu itirdiyini və hazırda halsızlıq, görmə problemləri, oynaq ağrıları, baş ağrısı, şiddətli başgicəllənmədən əziyyət çəkdiyini açıqlayıb.

Fələstinli Əsirlərin İşi Üzrə Komitə bu fələstinli məhbusun həyatına görə işğalçı sionist rejimini məsul hesab edib.

Sionist rejimin həbsxanalarında olan 4 fələstinli əsir aclıq aksiyasını davam etdirir və bir sıra tələblər, o cümlədən inzibati həbslərə son qoyulmasını tələb edirlər.

Fələstin mənbələrinin məlumatına görə, Cenindən olan fələstinli əsir İmad Əbu Əl-Hica da aclıq aksiyasını davam etdirir.

Qeyd edək ki, sionist rejimin işğalçı qüvvələri Xəlil Əvavədəni 2021-ci ilin dekabrında heç bir ittiham irəli sürmədən həbs etmişlər. O, əvvəllər də bir neçə dəfə sionist qüvvələr tərəfindən həbs edilmişdi.

Sionist rejimin Ali Məhkəməsi cümə günü axşam aclıq aksiyası keçirən fələstinli əsir Xəlil Məhəmməd Əvavədənin inzibati həbsinin dayandırılması ilə bağlı təcili qərar verib.

Bu arada Fələstinli Əsirlərin İşi Üzrə Komitənin rəhbəri deyib: “Bizim Xəlil Əvavədənin inzibati həbsinin dayandırılması qərarına şəkk edirik və bu, onun həbsinin dayandırılması demək deyil.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur