Fələstin XİN: İsrailin inzibati həbs siyasəti beynəlxalq qanunlara ziddir

Qafqaztimes xəbər verir ki, Fələstin Muxtariyyətinin xarici işlər naziri beynəlxalq qurumların sionist rejimin həbsxanalarındakı fələstinli məhbuslara qarşı qanun pozuntularını ifşa etmək üçün təcili hərəkətə keçməsinin vacibliyini vurğulayıb.

“Russia Today” xəbər agentliyinin verdiyi məlumata görə, Riyaz əl-Maliki, Fələstin Muxtariyyətinin XİN-nin qərargahında Fələstindəki xarici diplomatik nümayəndəliklərin üzvləri ilə görüşdə İsrail həbsxanalarındakı əsirlərin səhhətlərinin pis olduğu və zindan idarələrinin əsirlərə, xüsusən xəstə əsirlərə qarşı təzyiqləri barədə danışıb.

Əl-Maliki, İsrailin inzibati həbs siyasətinin Cenevrə Konvensiyasına və beynəlxalq hüquqa zidd olduğunu və fələstinli əsir Əl-Qəzənfər Əbu Ətəvanın İsrailin bu siyasətinə qarşı iki aydan çox bir müddətdə aclıq aksiyası keçirdiyini və bu səbəbdən də onun səhhətinin pisləşdiyini söyləyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur