ABŞ-ın İraqdakı “Eynul-Əsəd” bazasına hava hücumu olundu

Qafqaztimes xəbər verir ki, “Sabirin News” telegram kanalı, İraqın Əl-Ənbar vilayətindəki Eynul-Əsəd bazasının raketlər və naməlum dronlarla hədəfə alındığını bildirib.

Əl-Məyadin telekanalı da son bir xəbərdə Eynul-Əsəd bazasında raket hücumundan yaranan bir neçə partlayışın eşidildiyini bildirib. Səudiyyə Ərəbistanın Əl-Hədəs telekanalı isə bazaya yeddi raket atıldığını iddia edib.

Əl-Cəzirə telekanalı da məlumatlı mənbələrə istinadən ABŞ terrorçularının İraqdakı ən böyük bazasına hücumu təsdiqləyib.

Məlumatlı iraqlı mənbələr, ABŞ Hava Hücumundan Müdafiə Sisteminin bu raketləri və pilotsuz təyyarələri zərərsizləşdirə bilmədiyini və bu hücum nəticəsində yaranan tüstüsünün göydə müşahidə olunduğunu söyləyib.

İraq mediası, Amerika qırıcı təyyarələrinin Eynul-Əsəd üzərində uçuş apardığını qeyd edib.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək