Fələstin xalqı heç vaxt işğalçı rejimə təslim olmayacaq

Fələstin İslami Cihad Təşkilatının siyasi məsələlər üzrə eksperti İordan çayının qərb sahilindəki vəziyyətlə əlaqədar deyib: İşğalçı rejimə qarşı mübarizə və müqavimət fələstinlilərin təbii haqqıdır.

Fars Xəbər Agentlyinin verdiyi məlumata görə Nafiz İzam deyib: İşğal olunmuş məntəqələrdə sionnist rejiminə qarşı əməliyyatlar Fələstin xalqının zorakılığa təslim olmamasının əlamətidir.

N.İzam həmçinin İordan çayı qərb sahili sakinlərinin həmişə mübariz olduqlarını vurğulayaraq deyib: Bu xalq heç vaxt sionist rejim hərbçilərinin törətdiklərinə susmayacaq, təslim olmayacaqlar. Gənc nəsil bu əməliyyatlarla işğalçılarla birlikdə btün dünyaya Fələstin məsələsinin heç vaxt pərdə arxasında qalmayacağını bir daha sübut edirlər.

“Fələstin Əl-Yəvm” internet portalının məlumatında N.İzamın belə dediyi yazılır: Ərəb ictimaiyyətində bizə qarşı olunan həqarətlərə rəğmən, Fələstin xalqı öz hüquqlarından və müqəddəslərindən keçməyəcək.

Fələstin İslami Cihad Təşkilatı siyasi bürosunun üzvü sonda vurğulayıb: Bizim xalqımız haqq-ədalətə sadiq bir xalqdır. Ona görə də cihad və mübarizəyə davam edəcəyik və xalqımızın güclü iradəsi zülmə qalib gələcəyik.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir