Fələstin Xalq Cəbhəsi : “Üçüncü İntifazə”yə hazırlaşırıq

Fələstin Xalq Cəbhəsinin baş katibi işğal olunmuş ərazilərdə yeni bir intifazə mərhələsinin başlanacağından xəbər verib.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, əsirlikdə olan Əhməd Sədat “Əl Xəbər” qəzeti ilə eksklüsiv müsahibəsində deyib: Üçüncü İntifazəmiz ötən ikisindən çox dərin, güclü və fərqli olacaq.

Sionist İsrail rejimi həbsxanasında olan Əhməd Sədat həmçinin deyib: Fələstinin indiki vəziyyəti 1987 və 2000-ci illərdəki intifazələrin təsiri altındadır. Amma hal-hazırda tam fərqli bir intifazə ilə cinayətkarlarla mübarizəyə hazırlaşırıq. Lazım olan yeganə şərt isə xalqın vəhdəti, möhkəm iradəsi və milli müqavimət dəstələrinin birliyidir.

Qeyd edək ki, Əhməd Sədat 2006-cı ildə Əriha həbsxanasının sökülməsi zamanı oğurlanaraq keçmiş sionist nazir Rəhbiam Zeyfinin terrorunda suçlanaraq 30 il azadlıqdan məhrum edilib.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir