Fələstin Pua-larının işğal olunmuş ərazilərə nüfuzu

QafqazTimes xəbər verir ki, sionist rejimin Qəzza zolağına qurudan müdaxilə iddialarından sonra (Qüds qılıncı müharibəsi zamanı) Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Səraya Əl-Qüds Komandanlığı tərəfindən hava qüvvələrinə Qəzza zolağının sərhədyanı ərazilərində nəzarəti gücləndirmək və vəziyyəti yoxlamaq tapşırığı verildi.

Beləliklə, Səraya Əl-Qüds pilotsuz təyyarələrindən biri bu mühüm işi öhdəsinə götürərək öz uğurlu missiyasını yerinə yetirdi və sionist rejimin iddiasının batil olduğunu sübut etdi.

Mediada ilk dəfə yayılan “Səraya əl-Qüds” pilotsuz təyyarəsinin göndərdiyi görüntülər Qəzza zolağı ilə işğal olunmuş Fələstin arasında olan neytral sərhəd xəttində sionist hərbçilərinin olmadığını göstərir.

Pilotsuz uçan aparat təyin olunmuş missiyanı uğurla yerinə yetirdikdən və işğal olunmuş ərazilərə nüfuz etdikdən sonra bazaya geri qayıdıb.

Qeyd edək ki, Səraya Əl-Qüds sionist hərbçilərin nəzarətində olan ərazilər üzərində kəşfiyyat pilotsuz təyyarəsinin mövcudluğunu və fəaliyyətini elan edərkən, sionistlər pilotsuz təyyarələrin hücumlarından qorxaraq öz pilotsuz təyyarələrini hədəfə almaqla məşğuldurlar. Sonuncu belə yanlışlıq hücum ötən gün Əl-Cəlil məntəqəsində baş verib.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO