Fələstin Müqaviməti: Əsirlərin qaçması İsrail təhlükəsizlik quruluşuna vurulan bir zərbədir

Qafqaztimes xəbər verir ki, Şahab xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin müqavimət qrupları, fələstinli məhbusların sionist rejimin “Gilboa” həbsxanasından qaçan əsirlər barədə bir bəyanatda elan ediblər ki, təhlükəsizlik səddini sındırmağı bacaran 6 əsiri təbrik edir və onların bu işinin İsrail təhlükəsizlik quruluşuna qarşı bir zərbə olduğunu vurğulayırıq.

Bəyanatın davamında həmçinin qeyd olunub ki, xalqımızı “Gilboa” həbsxanasından çıxan əsirləri ağuşuna almağa səsləyirik.

Fələstin müqavimət qrupları eləcə də vurğylayıb ki, biz Qüds və İordan çayının qərb sahilindəki insanlarımızı Məscidül-Əqsaya getməyə və işğalçı rejimə və sionist məskunlaşanlara qarşı inqilabın alovunu alovlandırmağa çağırırıq.

İbri dilində nəşr olunan Yedioth Ahronoth qəzeti, İsrail ordusunun altı qaçaq məhbusun Qəzzaya girməsindən qorxaraq Qəzza zolağına gedən bütün yollarda səyyar keçid məntəqələri qurduğunu bildirib.

Bir çox təhlükəsizlik mütəxəssisi bu hadisəni sionist rejim üçün böyük bir kəşfiyyat və təhlükəsizlik uğursuzluğu hesab edir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya