Fələstin müqavimət qüvvələri birgə hərbi təlimlər keçirəcək

Qafqaztimes xəbər verir ki, HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam Briqadalarının hərbi təlimindən sonra Fələstin Müqavimət Qruplarının Birgə Palatası da tezliklə “Güclü Dəstək 2” adlı birgə hərbi təlim keçirəcəyini açıqlayıb.

Bu manevrin vaxtı hələ açıqlanmayıb.

Qeyd edildiyi kimi HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam Briqadaları ötən gün öz döyüşçülərinin sionist düşmənin istənilən təcavüzünə qarşı hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə “Qüds Qalxanı” adlı genişmiqyaslı hərbi təlim keçirib.

İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında keçirilən “Qüds Qalxanı” adlı hərbi manevrlərinin görüntülərini yayıb.

Əl-Qəssam elan edib ki, bu manevrlər sionist düşmənlə müharibəni simulyasiya etmək məqsədi ilə keçirilən müqavimətin hərbi təlimlərinin bir hissəsidir.

Həmasın hərbi qolu həmçinin vurğulayıb ki, müqavimət İsrail işğalçıları qovulana və Fələstinin torpaqları və Müqəddəs məkanlar azad edilənə qədər Qüdsü müdafiə etməyə davam edəcəkdir.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO