Fələstin müqavimət qrupu əsirlərlə bağlı Tel-Əvivə sərt xəbərdarlıq etdi

Qafqaztimes xəbər verir ki, Fələstin Xalq Qurtuluş Cəbhəsinin hərbi qolu olan “Kətaib Şəhid Əbu Əli Mustafa” çərşənbə günü günortadan sonra fələstinli əsirlərlə bağlı sərt açıqlamalar verərək sionist rejimə xəbərdarlıq edib.

Fələstin Qurtuluş Cəbhəsinin hərbi qanadının verdiyi açıqlamaya görə, “Sionist həbsxanalarındakı cəsur əsirlərimiz və dırnaqları ilə Azadlıq tunelini qazaraq azadlıqlarını əldə edən qəhrəmanlar bizim başımızın tacları və iftixarımızdırlar.”

Bu bəyanatın davamında qeyd olunur ki, Onlara hər hansı bir ziyan vurmaq qırmızı xətləri pozmaq və qadağan olunmuş sədləri aşmaq deməkdir.

Fələstin Xalq Qurtuluş Cəbhəsinin hərbi qolu belə əlavə edib: “Biz “Kətaib Şəhid Əbu Əli Mustafa” olaraq əsirlərimizə, xüsusən də zindanların gərginliyə malik olduğu bir vəziyyətdə hər hansı bir xətər dəyəcəyi barədə xəbərdarlıq edirik. Onlardan birinə toxunacaq hər hansı bir xətər, düşmənin özü özünə atəş açması və tabutunu öz əlləri ilə mismarlaması deməkdir”.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya