Fələstin müftisinin ABŞ konqresmeninin çağırışına reaksiyası

Qafqaztimes xəbər verir ki, Fələstin Müftisi və Məscidül-Əqsanın xətibi Şeyx Məhəmməd Hüseyn ABŞ Konqresinin üzvü Paul Qossarın Məscidül-Əqsa ilə bağlı dediklərini pisləyib.

Qosar bir bəyanatda belə iddia edib: “Bu məbədin üstündə (sionistlərin iddia etdiyi Süleyman məbədi) bu məscidin (Məscidül Əqsa) tikintisinə icazə verilməsi çox pis bir işdir. Birləşmiş Millətlər Təşkilatı bu məscidi söküb başqa yerə köçürməyin yolunu tapmalıdır.”

“Wafa” xəbər agentliyinin məlumatına görə, Qüds müftisi bildirib ki, bu açıqlamalar “Qübbətüs-səxra”nın dağıdılmasına çağırış edən radikal sionist ruhani Yakov Himanın dediyi sözlərə bənzəyir.

Şeyx Məhəmməd Hüseyn həmçinin qeyd edib ki, bu ifadələr həqiqətən təhlükəli və irqçidir və Qüds və Məscidül-Əqsa ilə bağlı beynəlxalq səviyyədə tanınmış statusa ziddir.

O, eləcə də Məscidül-Əqsanın yalnız müsəlmanlar üçün olduğunu və müsəlmanlardan başqa heç kimin ona müdaxilə etmək haqqının olmadığını vurğulayıb. Onun sözlərinə görə bu məscidə ziyan vurmaqla bağlı istənilən qərar bütün müsəlmanlar üçün təhqirdir.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO