Fələstinli əsirlər aclıq aksiyası keçirir

QafqazTimes xəbər verir ki, Fələstinli Əsirlər Təşkilatı İsrail həbsxanasının zəif idarəçiliyinə və Fələstin müqavimət komandirlərindən olan Nasir Əbu Həmidin fiziki vəziyyətinə laqeyd yanaşılmasına etiraz olaraq Əsqalan həbsxanasının məhbuslarının bu gün aclıq aksiyası keçirdiklərini açıqlayıb.

“Fələstin Əsirlər Komitəsində Cihad Hərəkatı”nın nümayəndəsi Yasir Məzhər Məhcə sionist rejimin əsiri Nasir Əbu Həmid haqqında deyib: “Onun vəziyyəti hələ də ağırdır, arabir huşunu itirir, vəziyyəti o qədər pisdir ki, oksigen aparatının köməyi ilə nəfəs alır. Sionist düşmən xəstəxanada olduğu müddətdə anasının yalnız on dəqiqə ona baş çəkməsinə icazə verib və anası öz övladını tanıya bilməyib.”

O, əlavə edib: “Bu məhbusun şəraiti elədir ki, onun yeganə ehtiyacı həbsdən azad olmaq və müalicəsini sionistlərin nəzarəti altında olmayan xəstəxanalarda davam etdirməkdir, çünki rejimin nəzarətində olan xəstəxanalar Nasir Abu Həmid kimi insanlara diqqət yetirmir.”

Related posts

İsraillə dostluq baha başa gəlir

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO