“Fəhlə cəmiyyəti düşmənlərin vəziyyətdən sui-istifadəsinə imkan vermədi”

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Milli Əmək və Fəhlə Həftəsi münasibəti ilə ölkənin hər yerindən gələn mindən çox işçi, əmək təşkilatlarının üzvləri və İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin rəsmiləri ilə görüşündə buyurub: “Bütün etirazlarda fəhlə cəmiyyəti düşmənlərlə sərhəd qoyaraq, sistemlə yoldaşlıq və dostluq yaradaraq düşmənlərin bu etirazlardan sui-istifadəsinə imkan verməyib”.

Aliməqam lider işçilərin ayıq-sayıqlığını və kənar şəxslərin təxribatlarından təsirlənməməsini “fəhlə cəmiyyətinin böyük cihadı” adlandırıb və vurğulayıblar: “Onlar indiyə qədər fəhlə cəmiyyətini quruluşa qarşı qoya bilməyib, bundan sonra da Allahın qüdrəti ilə bacarmayacaqlar”.  

Aliməqam Rəhbərin sözlərinə görə, ölkə daxilində fitnə-fəsadla mübarizə cəsarətinə malik olmamaq həm də ölkə xaricində düşmənin zülmü ilə mübarizə cəsarətini əlimizdən alacaq.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya