QafqazTimes xəbər verir ki, AFP-nin məlumatına görə, İraq mənbələri ABŞ hərbçilərinin İraqın qərbindəki Eynul-Əsəd bazasının çərşənbə axşamı pilotsuz təyyarə ilə hədəf alındığını bildirib.
Əl-Cəzirə həmçinin İraqdakı ABŞ koalisiyasının rəsmisinə istinadən hücumun iki pilotsuz uçan aparat vasitəsilə həyata keçirildiyini, lakin hər iki pilotsuz təyyarənin vurulduğunu və hücumun uğursuzluqla nəticələndiyini bildirib.
Bu koalisiya rəsmisinin sözlərinə görə hücum uğurlu olmamış və itki yoxdur.
Eynul-Əsəd bazası İraqda qeyri-döyüş missiyasını yerinə yetirən Amerika qüvvələrinin Əl-Ənbar vilayətindəki bazasıdır.
Bundan əlavə bazar ertəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar Qasim Süleymani və Həşdu Şabinin rəis müavini Əbu Məhdi Əl-Mühəndisin şəhadətinin ikinci ildönümündə Bağdad Beynəlxalq Hava Limanında yerləşən “Viktoriya” bazası da hədəfə alınmışdı.