Eyal Zəmir: SEPAH-ı durdurmağın yolu terrordur

QafqazTimes xəbər verir ki, son bir ildə Vaşinqton İnstitutunda hərbi ekspert kimi çalışan Eyal Zəmir, Vaşinqton İnstitutu üçün yazdığı təhlildə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirlərini hədəfə almağa və İranın pilotsuz təyyarələrini və raketlərini məhv etmək üçün gizli əməliyyatlar keçirməyə çağırış edib.

Sionist rejimin Baş Qərargah rəisi vəzifəsinə namizəd bu məqalədə İnqilab Keşikçilərini “İran İslam Respublikasının güclü sütunu” adlandırıb və regionda anti-İran siyasətinin davam etdirilməsinin vacibliyini vurğulayaraq iddia edib ki, İranın regional fəaliyyətlərinə qarşı mübarizə kampaniyası davam edir.

General Hacı Qasim Süleymaninin ABŞ-ın əli ilə şəhid olmasına toxunan sionist general SEPAH komandirlərinin hədəf alınmasını SEPAH-ı zəiflətməyin yollarından biri adlandırıb və vurğulayıb ki, İslam Respublikasına təzyiq göstərmək və SEPAH-ı zəiflətmək üçün hər vasitədən istifadə etməliyik.

Eyal Zəmir sionist rejimin Baş Qərargah rəisi vəzifəsinə üç namizəddən biridir və bir çox ekspertlərin fikrincə, Zəmirin SEPAH əleyhinə dəfələrlə səsləndirdiyi bu iddialar bu posta yiyələnmək üçün addımlardır.

Digər tərəfdən, İsrail rejiminin regionda terrorçu rejim olması heç kimdən gizlin deyil və dəfələrlə İranın tanınmış nüvə alimlərinə və ölkə elitasına qarşı sui-qəsdlərin məsuliyyətini rəsmən öz üzərinə götürmüşdür. Lakin İsrail mətbuatının yazdığına görə, bu terrorlar İranın regional nüfuzunu və nüvə proqramını əngəlləyə bilməmişdir.

Bununla əlaqədar olaraq, “Haaretz” qəzeti bu yaxınlarda “Faydasız terrorlar” başlıqlı baş məqaləsində yazıb: “İran şəxsiyyətlərinin, o cümlədən alimlərin, mühəndislərin, İranın nüvə proqramının qurucularının və iranlı ekspertlərin dəfələrlə terror edilməsindən sonra bu terrorlardan əldə edilən fayda və zərərlərin miqdarını nəzərdən keçirmək lazımdır.”

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı