Evində “Kalaşnikov” gizlədən şəxs tutuldu (Video izlə)

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

DIN-in mətbuat xidmətindən verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən bir ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Related posts

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO

Azərbaycan çempionatında maraqlı hadisə: Qapıdan qapıya qol – VİDEO