Ermənistanda avtomobil içərisində müxalifətçilər olan çadıra ÇIRPILDI

Ermənistanda səhər tezdən naməlum avtomobil Fransa meydanındakı çadıra daxil olub.

Bu barədə feysbukda canlı yayımda müxalifətçi deputat Anna Mkrtçyan bildirib.

Sosial şəbəkələrdə o, polisin müdaxilə etmədiyini və maşının nömrəsini belə qeyd etmədiyini bildirib. Ölən və yaralananlar olmayıb.

“Kimsə polis kordonunu yarıb, maşınlar maneəsiz olaraq “Fransa” meydadına daxil olub, vətəndaşların olduğu çadırlardan birinə çırpılıb. Polislərdən heç biri bu avtomobillərin nömrələrini qeyd etməyib”, – Mkrtçyan deyib.

Müxalifət çadırına girən üç nəfər polis bölməsinə aparılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi