Ermənistana göndərilən konteynerlərdə tonlarla kokain aşkar edildi – FOTO/VİDEO

Ekvadordan Ermənistana göndərilən tonlarla kokain İtaliya hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunub.

Bu barədə RBK xəbər verib.

Bildirilir ki, İtaliyanın Maliyyə Qvardiyasının (Maliyyə Nazirliyinin güc bloku) və gömrük orqanlarının əməkdaşları Coya-Tauro (Kalabriya) limanında 2,7 tondan çox kokain müsadirə ediblər.

Narkotik maddə olan bağlamalar banan yüklü konteynerdə gizlədilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu miqdarda kokainin qara bazarda dəyəri 800 milyon avroya (1,4 milyard manat) yaxındır.

KİV-in məlumatına görə, Coya-Tauro limanında 2021-ci ilin yanvarından bu günə kimi hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 37 tona yaxın kokaini ələ keçirib və müsadirə ediblər.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO