Ermənistana gedən təyyarə havada vuruldu – FOTO

Brüsseldən İrəvana uçan təyyarə havada vurulub.

Ermənistan KİV xəbər verir ki, layner Belçika paytaxtına qayıtmaq məcburiyyətində qalıb. Səbəb isə təyyarəni ildırım vuruması olub. İçərisində 180 sərnişin olan A-320 təyyarəsi yerli vaxtla saat 13:55-də Brüsseldən 45 dəqiqə gec havaya qalxıb.

Təxminən 7500 metr yüksəklikdə, Lüksemburq ərazisi üzərində ildırım təyyarəni vurub. Pilotlar dərhal Brüsselə qayıtmaq qərarına gəliblər.

Uçuş 24 saat təxirə salınıb, sərnişinlər hava limanına yaxın otellərdə yerləşdirilib.

Qalan reyslər adi qaydada həyata keçiriləcək.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO