Ermənistan prezidenti ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfər edib + Video

Qafqaztimes xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına ilk səfəri olaraq çərşənbə günü Ər-Riyada daxil olub.

Ermənistan prezidenti öz Tvitter hesabında Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla görüşdüyünü açıqlayıb.

O, daha sonra yazıb ki, Bin Salmanla iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin zərurəti barədə müzakirələr aparıSarkisyan həmçinin bildirib ki, Ermənistanla Səudiyyə Ərəbistanı arasında yaxşı tarixi münasibətlər iki ölkə arasında əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacaq.

Bu arada BƏƏ-nin rəsmi xəbər agentliyi (Wam) də Ermənistan prezidentinin bu ölkənin vəliəhdi Məhəmməd bin Zayedlə görüşdüyünü bildirib.

BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, regional məsələləri də müzakirə ediblər.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır