Ermənistan parlamentində dava düşdü (Video izlə)

Ermənistan parlamentində dava düşüb. Bu barədə məlumatı “Novosti Armenia” yayıb. Bildirilib ki, müxalif deputat Taqui Tovmasyan hökumətin fəaliyyətini tənqid etdikdən sonra siyasi aksiya keçirmək məqsədilə tribunadan düşməyib. Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları onu iclas zalından zorla çıxarıb. Bu zaman deputatlar təhlükəsizlik əməkdaşları arasında mübahisə yaranıb. Ermənistan parlamentinin sədri Alen Simonyan hadisə ilə əlaqədar müxalifətdən olan 10 deputata töhmət verib. Onlar günün sonunadək parlamentin iclasına buraxılmayacaq.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO