Ermənilər Qarabağda etiraz aksiyası keçirdi (Video izlə)

Azərbaycan ordusunun bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini aparması Qarabağdakı erməniləri qorxuya salıb.

Hətta ötən gecə Xankəndidə yaşayan ermənilər etiraz aksiyasına belə toplaşıblar. Etirazçıların qarşısına separatçı quldurların başçısı Araik Arutyunyan çıxıb və “hərarətli” nitqlə çıxış edib. Hərçənd Araiki dinləyənlərin sayı o qədər də çox olmayıb. Separatçı A.Arutyunyan təkcə 50-60 nəfərlik bir qrup qarşısında danışa bilib.

Sözügedən kadrlar isə həm Qarabağdakı ermənilərin sayı barədə şişirdilmiş rəqəmlərin həqiqəti əks etdirmədiyini, həm də separatçıların pafoslu çıxışlarına artıq məhəl qoyulmadığını göstərib.

Eyni zamanda kadrlardan bəlli olur ki, ermənilərin süni şəkildə bölgədə yaratmağa çalışdıqları gərginlik də əsassızdır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək