Eritreyalıların Tel Əvivdəki konfliktinin pərdə arxasında Mossad dayanır

Eritreya Tel-Əvivdəki vətəndaşları ilə əlaqədar konfliktin arxasında Mossad-ın dayandığını iddia edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Eritreya Təhülkəsizlik Nazirliyi X sosial media hesabında son günlər işğal olunmuş Fələstin torpaqlarında olan vətəndaşlarının yaşadıqları konfliktin əsas amilinin İsrail kəşfiyyat orqanı Mossad olduğunu elan edib.

Eritreya Təhlükəsizlik Nazirliyi həmçinin bu hadisələrdə Mossadın əsas məqsədinin beynəlxalq ictimaiyyət arasında Eritreya dövləti və xalqına qarşı nifrət hissinin oyadılması olduğu deyilib.

Qeyd edək ki, sentyabrın 2-də Tel Əviv küçələrində  hazırkı Eritreya liderinin hakimiyyətə gəlməsinin 30-cu ildönümü münasibətilə nümayişi zamanı Eritreya hökumətinin yüzlərlə tərəfdarları və əleyhdarlarının İsrail polisinə daş atdığıı və bizneslərin şüşələrini sındırdığı zaman şiddətli toqquşmalar baş verib. Hadisə zamanı 30-u polis olmaqla 160-dan çox adam yaralanıb. Bundan sonra Danimarka, Norveç, Kanada və bu kimi Avropa və qərb ölkələrində similyar hadisələr qeydə alınıb.

İsraildə 30 mindən çox afrikalı sığınacaq axtaranların əksəriyyətini eritreyalılar təşkil edir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir