Döyüş gəmisi batdı: Onlarla əsgər itkin düşdü – FOTO

Tailand körfəzində Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi batıb. Bu barədə Tailand Hərbi Dəniz Qüvvələri məlumat verib.

Hadisə Banqsafan rayonunda hərbi gəminin dokdan 32 kilometr aralıda dənizdə patrul xidməti həyata keçirərkən baş verib.

Məlumata görə, 100-dən çox əsgər xilas edilib, itkin düşən 33 əsgərin isə axtarışları davam edir.

Güclü külək gəmiyə dolan suyun nasoslar vasitəsilə xaric edilməsinə mane olub və o batıb.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO