Deputat Afət Həsənovanın biabırçı CV-si gündəm oldu – FOTO

Milli Məclisə VI çağırış deputat seçilən Afət Həsənova bu dəfə öz tərcümeyi-halında yazdığı bir cümlə ilə gündəmə gəlib.
Deputat CV-sinə özü və fəaliyyəti haqqında məlumatları əlavə edib. Bura qədər hər şey normal olsa da, Afət Həsənovanın sonda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızı olduğunu xüsusilə vurğulaması işləri korlayıb.
Afət Həsənova bununla sanki özünü sabiq nazirin kölgəsi kimi hiss etdirib. Təəssüflər olsun ki, Azərbaycanda məmurlar arasında qohumbazlıq, yerlipərəstlik, daha üstün vəzifə sahibləri ilə “qohum” olmaq ənənələri hələ də öz aktuallığını qoruyub saxlayır.

Görünür, deputat Afət Həsənova da öz şəxsi tərcümeyi-halına heç bir aidiyyatı olmayan bu məlumatı daxil etməklə daha böyük dividentlər qazanacağını, sanki bütün qapıların onun üzünə açılacağını düşünüb.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO