Dayanacaq lövhəsi bir aydır niyə böyrü üstə qalıb? (Video izlə)

Bir aydır ictimai nəqliyyatdan istifadə edərkən bir məqam diqqəti çəkir. Demək olar ki, hər dəfə 2 nömrəli avtobus Cəfər Cabbarlı küçəsindəki bu dayanacağa çatarkən məlum lövhənin nə vəziyyətdə olması gözə çarpır.

Lakin əfsuslar olsun ki, dayanacaq lövhəsi düzəldilmək əvəzinə gün-gündən əyilməyə doğru gedir. Adiyyəti qurumlar isə buna bir əncam çəkmir.

Bəlkə də çoxları üçün maraqsız olan, lakin bu yoldan ilk dəfə istifadə edən insanlar üçün lövhənin əhəmiyyəti heç də az deyil. Digər tərəfdən yerə böyrü üstə uzadılan dayanacaq lövhəsi ətrafdakı estetikanı da pozur.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO