Danimarkada yenə Quran yandırdılar

Danimarkanın paytaxtı Kopenhagendə radikal sağçı qruplaşmasının iki üzvü müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimi yandırıblar.

Əl aləm telekanalının məlumatına əsasən, Quranı yandıran hər iki nəfər “Danimarka vətənpərvərləri” adlı qruplaşmanın üzvüdür və insident İraq səfirliyi qarşısında baş verib.

Bir həftə ərzində ikinci dəfədir ki, Danimarkada müqəddəslərə ehtiramsızlıq edilir və bu hadisəni törədənlərin məqsədi məlum deyil.

Ötən cümə günü də bu qruplaşmanın fəalları İraq səfirliyi qarşısında Quran və İraq bayrağını yandırmışdılar.

Xatırladaq ki, Qurban bayramı ərəfəsində də İsveçdə islam müqəddəslərinə ehtiramsızlıq iki dəfə təkrar olunub. Avropa ölkələrinin islamofob rəftarları günü-gündən artmaqla deyil, hətta bir ölkədən digər ölkəyə də sirayət edir.

Related posts

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı