Danimarka: Quran yandırılmasına görə təhlükəli vəziyyətə düşmüşük

Danimarka dövləti ölkəsində Qurani Kərimin yandırılmasından sonra təhlükəli vəziyyətə düşdüyünü elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Danimrkanın Ədliyyə naziri Piter Homlgard bu gün (9 avqust) ölkəsində müsəlmanların müqəddəslərinə qarşı ehtiramsızlıq insidentlərindən sonra çətin vəziyyətə düşdüklərini və sərhəd məsələlərinə həddən artıq diqqət və kontrolla yanaşılmasının zərurətindən danışıb.

Homlgrad deyib: Çox təhlükəli vəziyyətdəyik. Ehtimali təhdidlər səbəbinə sərhədlərimizə güclü nəzarət davam etməkdədir.

Qeyd edək ki, son bir ay ərzində İsveç və danimarkada dəfələrlə Qurani Kərim yandırılıb. Müqəddəs kitabların və digər dini simvolların yandırılması utancverici aktdır, bu təxribat aktı insanların hislərinə toxunur və müxtəlif dinlər və mədəniyyətlər arasında parçalanmaya səbəb olur.

Maraqlısı budur ki, rəsmi Kopenhagen ölkədə çox sayda müsəlmanın yaşadığını etiraf etsə də, ölkədə “ifadə və toplaşma azadlığının” olduğunu iddia edir.

Related posts

Ağ Ev: Qəzzədə atəşkəs mümkündür

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək

1 şərh

skdtldaaac Noyabr 28, 2023 - 6:08 səhər

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment