Daha bir qazi özünü yandırıb – FOTO

“Gənc Qazilər” İB-nin Samux rayon filialının sədri Qazi Abdullayev Təbriz özünü yandırıb. Hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında baş verib. 1989-cu il təvəllüdlü Təbriz Abdullayev İH binası qarşısında benzin törkərək özünü yandırıb. Yanıq xəsarətləri alan T.Abdulayev xəstəxanaya, oradan isə Bakıdakı Yanıq mərkəzinə göndərildiyi bildirilir. Qazinin vəziyyətinin kafidir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Related posts

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO

Azərbaycanda dəhşətli hadisə: Meyiti yük maşınına qoydular – FOTO/VİDEO