Dağdan enən xizəkçilər sürpriz qonaqla qarşılaşdılar (Video izlə)

Rusiyanın Roza Xutor dağ-xizək kurortunda (Soçi) qəfildən yamacda peyda olan öküz turistlərə hücum çəkib. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlardan öküzün əvvəlcə sakit olduğu və insanları izlədiyi görünür. Sonra qəfildən heyvan aqressiv davranmağa başlayır və turistlər təşviş içində xizəklərini götürüb qaçırlar.

Qeyd olunur ki, öküz 3 nəfəri vurub, ancaq insanlar ciddi zədə almayıblar.

Hadisə yerinə gələn xilasedicilər artıq heyvanı tutaraq turistlərdən təcrid ediblər.

Güman edilir ki, heyvan Soçi Milli Parkının ərazisində yerləşən otlaqlardan təsadüfən yamaca gələ bilər.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO