Dərəyə düşən şəxs belə xilas edildi (Video izlə)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri istiqamətində – Qazandağ silsiləsində – vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Qazandağ silsiləsində dərinliyi təxminən 30 metr olan dərəyə sürüşüb düşən bir nəfər vətəndaş köməksiz halda, həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla vətəndaş dərədən çıxarılaraq xilas edilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir