Dənizdə mina təhlükəsi (Video izlə)

İstanbul Boğazında partlayıcı qurğu görüntülənib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin tvitter hesabında məlumat paylaşılıb. Bildirilib ki, dənizdə minaya bənzər obyekt aşkar edildikdən sonra dərhal hadisə yerinə ordu mütəxəssisləri göndərilib. Mütəxəssislər cismi zərərsizləşdirmək üçün müdaxiləyə başlayıblar.

Təhülkəsizlik məqsədilə İstanbul Boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb. Hazırda zərərsizləşdirmə istiqamətində işlər davam edir. Hadisə yerinə helikopterlər də cəlb olunub.

Qeyd edək ki, qurğu bir vətəndaş tərəfindən mobil telefonla kameraya çəkilib. Görüntülər sosial şəbəkədə paylaşıldıqdan sonra Türkiyə MN məsələyə müdaxilə edib. 

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO