Dəməşq: Ankara Suriya xalqını kütləvi şəkildə cəzalandırmaq üçün su böhranından istifadə edir

Qafqaztimes xəbər verir ki, Suriya hökuməti BMT İnsan Haqları Şurasını və Ali Komissarlığını Türkiyənin Suriyanın şimalındakı addımlarına və su problemindən Suriya xalqı əleyhinə silah və kütləvi cəza olaraq istifadə etməsinə son qoymağa çağırıb.

Suriyanın rəsmi xəbər agentliyinin (SANA) məlumatına görə, Suriyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Hisamuddin Ala BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının çərşənbə günü verdiyi hesabatında deyib: “İnsanlıq əleyhinə cinayətlər səviyyəsində olan Türkiyə rejiminin bu hərəkətləri bu gün milyonlarla Suriyalını humanitar böhrana məruz qoyub. Bu, onların sağlamlıq, qida, su, elektrik kimi əsas ehtiyacları da daxil olmaqla hüquqlarını təhdid edir.”

“Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ona bağlı olan hərbi qruplaşmalarla birlikdə Suriyanın şimal və şimal-qərb hissələrini işğal etmişdir. Bu qruplaşmalar bəzi bölgələrdə dinc əhalinin içməli suyunu kəsmişlər.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))