Dəməşq: Ərdoğan-Əsəd görüşü Türkiyə işğalçılarının çıxmasına bağlıdır

Suriya xarici işlər naziri Türkiyə-Suriya prezidentlərinin görüşünün şərtlərini açıqlayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Suriya Xİn başçısı Feysəl Miqdad Rusiyanın Ukrayna müharibəsində rəsmi Moskvanı dəstəklədiyini açıqlayaraq Türkiyə ilə münasibətlərinin nörmallaşdırılmasının işğalçıların ölkə ərazisindən çıxmasına bağlı olduğunu vurğulayıb.

Feysəl Miqdad deyib: Prezident Bəşar Əsəd və Rəcəb Təyyib Ərdoğan yalnız və yalnız Türkiyə işğalçılarının Suriya ərazisini tərk etdikləri zaman baş tuta bilər.

Feysəl Miqdad həmçinin Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanla Ərəb Liqası ölkələri sammiti çərçivəsində görüşünə işarə edərək bu əlaqənin müxtəlif sahələrdə effektiv olacağını vurğulayıb.

O, deyib: Keçmişdə bir sıra problemlərimiz olsa da əlaqələrimiz tam qırılmamışdı. Amma hal-hazırda parlaq gələcəyə və əməkdaşlıqların daha da yaxşılaşmasına ümid edirik.

Suriya XİN rəhbəri sionist rejimin ölkəsinə təcavüzlərindən söz açaraq qeyd edib: Saxtakar rejim dəlilsiz bəhanələrlə cinayətlərinə davam edir və onların gətirdiyi bəhanələr “ağ yalandır”.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir