Dəhşət: Yaşlı kişini sürüyərək yolun kənarına atdı – VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində 102 ünvanında qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, qəza zamanı avtomobil motosiklet ilə toqquşub. Zərbənin təsirindən avtomobil motosiklet sürücüsünü bir neçə metr sürüyərək yolun kənarına atıb. Kuryer fəaliyyəti göstərən motosiklet sürücüsü xəsarət alıb. 

Avtomobilin sürücüsü isə hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO