DƏHŞƏT: Təyyarə qəzaya uğradı, ölənlər var (Video izlə)

Litvanın Kaunas vilayətində “BRM Aero Bristell” təkmühərrikli təyyarəsi qəzaya uğrayıb.

Qəza Via Baltika şossesindən bir qədər aralıda, Armanişke kəndi yaxınlığında baş verib.

Bu barədə Litva Polis Departamenti məlumat verib.  

Yanğın söndürüldükdən sonra təyyarənin içərisində iki kişi meyiti aşkarlanıb. 1951 və 1985-ci il təvəllüdlü kişilər ağır yanmış vəziyyətdə olub.

Ölənlərin təyyarənin pilotu və təlimatçısı olduğu deyilir.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO