DƏHŞƏT: gəminin pəri gəncin ayağını qopartdı – FOTO

Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda gəminin pəri 18 yaşlı gəncin ayağını qoparıb.

Sahildən yola düşməyə hazırlaşan tur gəmisinin kəndiri başqa bir tur gəmisinin kəndirinə dolaşıb. Gəmidə işləyən Yaşar Görer adlı gənc kəndirləri açmaq üçün dənizə girib. Bu vaxt hərəkətə başlayan qayığın pəri Yaşarın sağ ayağına dəyib. Gəncin ayağı topuqdan qopub.

Görer öz imkanları ilə dənizdən çıxa bilib. Ayağın qopmuş hissəsi isə gəmi işçiləri tərəfindən sahildən 30 metr aralıda tapılıb.

Zərərçəkən gənc xəstəxanaya aparılıb və ayağının qopmuş hissəsi əməliyyatla yerinə tikilib.

Görerin səhhətinin yaxşı olduğu bildirilib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO