Cüneyn şəhidini torpağa tapşırdı

Fələstin xalqı dünən gecə isğalçı rejim hərbçilərinin Cüneyndə keçirdikləri qanlı əməliyyatında şəhid etdikləri 25 yaşlı Abdullah Səmih Qəlaluhu torpağa tapşırıb.

Əl-Aləm telekanalının məlumatına əsasən, işğalçı sionist rejim hərbçiləri dünən gecə (3 fevral) Nablosun Həvvarə məntəqəsi yaxınlığında odlu silahla 25 yaşlı Abdullah Səmih Qəlaluhu şəhid ediblər.

Məlumata əsasən Abdullah Səmih Qəlaluhın nəəşi dünən gecə halda Nablosun Rəfidiya, sonra isə Tubasın Əl-Tərki xəstəxanasına aparılıb. Sonra isə Cüneynin cənubunda yerləşən doğulduğu Əl-Cədidə kəndində torpağa tapşırılıb.

Dedyilənlərə görə şəhid Abdullah Səmih 1 ay idi ki, ata olmuşdu.

Şəhid Abdullah Səmih Qəlaluhun cənazəsi üzərinə Fələstin bayrağı çəkilmiş, namazı kənd məscidində qılınaraq torpağa tapşırılıb. Bu cənazə mərasimində işğalçı rejim əleyhinə şüarlar səsləndirərək sionist işğalçılarından tökülən qanlara görə intiqam alacaqlarını fəryad ediblər.

Xatırladaq ki, 2023-cü ilin yeni başlamasına rəğmən sionist işğalçı rejim hərbçiləri 36 fələstinlini şəhid edib. Şəhidlərin arasında 1 qadın və 8 uşaq var.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir