COVİD-19: ABŞ-da ölənlərin sayı İrandakından 4 dəfə çoxdur

QafqazTimes.com The Independent-ə istinadən xəbər verir: Bütün iddialara baxmayaraq Britaniya pandemiya qarşısında diz çökür. Orta təminatlı və az təminatlı ailələrin maddi durumu ötən iki ilə yaxın müddətdə böhran həddinə çatıb. Əvəzində böyük sərmayə sahibləri pandemiyadan gözləmədikləri qazancı əldə edib.

Omikron ştammının krallığa ayaq açması ilə vəziyyət daha da gərginləşib. Boris Conson Omicron ştammı ilə mübarizə aparmaq üçün sosial məhdudiyyətləri gücləndirmək məcburiyyətində qalıb.

Baş nazir ictimai nəqliyyatda, ticarət şəbəkələrində, kinoteatrlarda, ibadət yerlərində məcburi maska ​​taxmaq göstərişi verib. Conson Miladdan əvvəl əlavə tədbirlər görülməyəcəyini vəd edib.  Baş nazir,həmçinin daha sərt məhdudiyyətlər ola biləcəyini istisna etməyib.

67 milyon əhalisi olan Britaniyada bu günə qədər  148021  nəfər həyatını itirib. Pandimeyinan daha çox hədəfə aldığı 83 milyon əhalisi olan İranda isə 131474 nəfər dünyasını dəyişib. Britaniyada gündəlik itkilər açıqlanmır. İranda bu gün 53 nəfər həyatını itirib. ABŞ-da bu gün ölənlərin sayı 840 nəfər olub. 329 milyon əhalisi olan ABŞ-da ölüm sayı İrandan 4 dəfə artıqdır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya