Çinin ən çox satılan elektrik avtomobili artıq Azərbaycanda! – FOTO

WULING markasının ölkəmizdə rəsmi idxalçısı ASIA Motors şirkətidir.

MG (Morris Garages) və Haima markalarının rəsmi distribütoru olan ASIA Motors artıq Wuling Mini EV elektrik avtomobillərinin satışına da başlayıb. 

Bu barədə ASIA Motors şirkətinin direktoru Elmir Xəlilov ətraflı məlumat verib. O, qeyd edib ki, WULING Mini EV, SAIC Motorla Amerika nəhəngi General Motorsun (SGMW) iş birliyi ilə istehsal edilir.

WULING markası, 1982-ci ildən etibarən avtomobil istehsalı ilə məşğuldur. Hazırda Çinin ən böyük avtomobil istehsalçısı olan SAIC MOTOR şirkətinə aiddir və 2001-ci ildən SAIC WULING Automobile Co. LTD olaraq fəaliyyət göstərir.

2020-ci ildə şirkət tam elektrikli WULING Mini EV modelini istehsal edir və ən qısa zamanda, 2021-ci ilin sonlarınadək 500 000 ədəd satışı keçir. Bununla bu model öz seqmentinin lideri olur və rəqiblərini qısa zamanda geridə qoyaraq Çinin bestselleri olub ən böyük bazar payı əldə edir. 

Elmir Xəlilov əlavə olaraq bildirib ki, modelin bir neçə versiyası mövcuddur. Belə ki, Wuling Mini EV LV1 və LV2 versiyalarında olaraq 120 km və 170 km batareya həcmi olan növləri də mövcuddur. LV2 versiyası öz özlüyündə bir neçə modeli də özündə birləşdirir. Bunlar Wuling Mini EV Macaron, Wuling Mini EV GameBoy və Wuling Mini EV Cabrio modelləridir. Uzunluğu 3 m-dən bir qədər az olan yığcam üçqapılı hetçbek Wuling Mini EV 27 at gücünə (20 kW) malik elektrik mühərriki ilə təchiz edilib. Enerji ehtiyatı standart versiya üçün 120 km, daha tutumlu akkumulyatorla təchiz edilmiş versiya üçün isə 170 km təşkil edir. Hazırda ölkəmizə idxal olunan versiya yalnız 170 km batareya tutumu olan modellərdir.

Avtomobillərə 2 il və ya 50000 km (hansı tez bitərsə) zəmanət verilir.

Asia Motors tərəfindən idxal edilən Wuling Mini EV LV2 modelinin texniki göstəricilərini və özəlliklərini aşağıda diqqətinizə çatdırırıq:

Wuling Mini EV LV2 Macaron

Texniki göstəricilər:

U/E/H, mm – 2920/1493/1621
Tam batareya dolumu ilə yürüş – 170 km
Batareya həcmi – 13.9 kW/s
Mühərrik gücü – 20 kW
Dartı qüvvəsi – 85 Nm
Oturacaq sayı – 4 ədəd
Yerdən hündürlük – 125 mm

Təchizat:

Tam elektron rəngli alətlər paneli
Batareya dolum cihazı – GB/T – AC
Ön duman əleyhinə fənərlər
Arxa duman əleyhinə fənərlər
ABS + EBD
3 nöqtəli təhlükəsizlik kəmərləri
Təkərlərdə təzyiqə nəzarət sistemi (TPMS)
Arxa kamera
R12 disklər
Arxa qatlanan oturacaqlar
LED gündüz işıqları
Ön şüşələr elektrik
Fərqli tavan rəngi (2 rəngli)
1 ədəd uzaqdan idarəli, 1 ədəd sadə açar
Sürücü günlüyü
Mexaniki kondisioner
Parça oturacaqlar
Blutooth
Radio, USD-4G şəbəkə
12 V giriş
Salon işıqlanması
2 ədəd səsgücləndirici
Avtomobillərin qiyməti 22900 və 24900 manata təklif olunur. 
Əsas etibarilə ban növü, təchizat və rəng fərqləri ilə seçilən Wuling Mini EV avtomobilləri artıq Babək prospekti 28 ünvanında satışdadır.
Telefon: +994 12 525 5151
Mobil: +994 50 400 1924
+994 50 444 1924
Email: info@asiamotors.az
Fb: Wuling Azerbaijan

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

3 şərhlər

PROMOCODE Noyabr 5, 2022 - 3:52 axşam

👉 Belinda He wants to talk frankly with you and show you something, you will like it. Click Here:👉 http://bit.do/fVyyD

PlaseFuture FREE BONUS Noyabr 5, 2022 - 4:38 axşam

👉 Carol He wants to talk frankly with you and show you something, you will like it. Click Here:👉 http://bit.do/fVynE

PlaseFuture FREE BONUS Noyabr 5, 2022 - 5:33 axşam

👉 Elizabeth He wants to talk frankly with you and show you something, you will like it. Click Here:👉 http://bit.do/fVynE

Add Comment