Bakıda toy zamanı şadlıq evində yanğın – FOTO

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb.

“Millenium” şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.

Şadlıq sarayında toy mərasiminin iştirakçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb. Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda araşdırma aparılır.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO