Çindən ABŞ-a xəbərdarlıq

Çin XİN sözçüsü ABŞ-ın Ukraynaya kasset bombaları göndərmək qərarını müharibə alovuna od göndərmək olduğunu deyib və bu silahların məsuliyyətsizcəsinə ötürülməsinin humanitar problemlərə səbəb ola iləcəi barədə xəbərdarlıq edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Çin rəsmisi dünən (10 iyul) ABŞ-ın kasset bombalaraının Ukraynaya göndərilməsini humanitar problemlərlə nəticələnəcəyini vurğulayaraq deyib: Vaşinqton Ukraynanı kaset bombaları ilə təmin etməklə, əslində ərazinin minalanmasına şərik olacaq və partlayışlar nəticəsində ölənlərin, o cümlədən rus və ukraynalı uşaqlar üçün məsuliyyət daşıyacaq.

Ötən həftə  Birləşmiş Ştatlar kasetli sursatların da daxil olduğu Ukrayna ordusuna dəstək üçün yeni hərbi yardım elan edib.

İlk dəfə İkinci Dünya Müharibəsi zamanı istifadə edilən kaset sursatları, havada partlayan və daha kiçik hərbi sursatları geniş əraziyə səpələyən raketlər, bombalar və artilleriya mərmilərindən ibarət silahlar sinfidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib