Çin və Rusiya hərbi blok yarada bilər

QafqazTimes.com Rian-a istinadən xəbər verir: Çin cəmiyyətindən Putinə ünvanlanan dostluq müsajları arasında “Çinlə hərbi blok yaradın” mesajı daha çox yer alır. Rəsmi Pekinlə Moskva arasında qeyri-rəsmi hərbi blokun mövcudluğu artıq kimsədə şübhə doğurmur.

Rusiya lideri ABŞ və qərb dövlətlərinə xəbərdarlıq  edib ki, Rusiyaya qarşı aqressiv siyasət davam etsə, Moskva adekvat cavab verəcək. Varşava müqaviləsi ləğv olanda Rusiyada belə ümid yaranmışdı ki, artıq NATO-ya ehtiyac qalmayıb və NATO da tədricən dağılacaq. Amma ABŞ NATO-nu Rusiya sərhədlərinədək genişləndirməkdə davam edir. Avropa dövlətləri marionetdir və Vaşinqtonun əmri ilə oturub-durur. Belə görünür ki, Moskva Varşava müqaviləsi tipli bir hərbi alyans yaratmalı olacaq. Serbiya, Belarus, İran, Şimali Koreya, Kuba, Venesuelanı indidən bu alyansın üzvü saymaq olar. Əslində Çin-Rusiya alyansı NATO ilə müqayisədə daha güclü, daha qətiyyətlidir. Tarix göstərir ki, Moskva və Pekin söz oyununa çox vaxt ayırmır. Amerika həmişəki kimi hiyləgərdir və Rusiyanı Avropada tam əritməkdə israrlıdır. Moskva bu oyuna getsə qərb dövlətlərinin marionet aqibətinə düçar olar. Putindən belə sadəlöhv addım gözlənilmir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib