Çin və Rusiya Bəşar Əsədi Suriya seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi

Qafqaztimes xəbər verir ki, Çin və Rusiya hökumətləri, Suriya Prezidenti Bəşar Əsədi seçki qələbəsi münasibətilə təbrik edib.

“Reuters” agentliyinə istinadən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian cümə günü Əsədi təbrik edərək deyib: ” Çin və Suriya yaxşı ənənəvi dostlardır. Çin Suriyanı suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruması yolundakı addımlarını qətiyyətlə dəstəkləyir.”

Rusiya Dövlət Başçısı Vladimir Putin də bir mesajında ​​Bəşar Əsədi Suriya seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və Moskvanın terrorla mübarizə, siyasi sabitliyin möhkəmləndirilməsi və yenidən qurulma işlərində Dəməşqi dəstəklədiyini vurğulayıb.

Suriya parlamentinin sədri cümə axşamı günü Bəşar Əsədin prezident seçkilərində 95%-dən çox səslə qalib gəldiyini elan etdi.

Suriya parlamentinin sədri Həmudə Səbbaq, seçki nəticələrini elan edən bir mətbuat konfransında, prezident seçkilərində 14 milyon 239 min suriyalının iştirak etdiyini söyləyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib