Bəşar Əsədin seçkilərdəki qələbəsindən sonra Suriya xalqı şadlıq etdi + Foto

Qafqaztimes KİV-ə istinadən xəbər verir ki, Suriyadakı prezident seçkilərində Bəşar Əsədin qəti qələbəsinin elan edilməsindən sonra bu ölkənin xalqı müxtəlif şəhərlərdə küçələrə axışaraq şadlıq etmişlər.

Suriya parlamentinin sədri Bəşar Əsədin prezident seçkilərində 95% -dən çox səslə qalib gəldiyini elan edib.

Suriya parlamentinin sədri Həmudə Səbbaq, seçki nəticələrini elan edən bir mətbuat konfransında, prezident seçkilərində 14 milyon 239 min suriyalının iştirak etdiyini söyləyib.

Daha sonra o, Bəşar Hafiz Əsədin 13 milyon 540 min 360 səs əldə edə bildiyini, bu da səslərin 95,1% -nə bərabər olduğunu söyləyib.

Dəməşq

Hələb

Tərtus

Süveyda

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik